Ərdoğan Bakıda Fransa prezidenti ilə telefonla danışdı

  • 15 Okt - 2019

Bakıda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Avropa.info "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Türkiyə Prezidenti fransalı həmkarı ilə telefon danışığı zamanı Suriyada başladılan “Barış pınarı” anti-terror əməliyyatının məqsədləri barədə məlumat verib.

Prezident Ərdoğan əməliyyatın regional və qlobal sülhə, sabitliyə töhfə verəcəyini dilə gətirib.

Daha sonra Ərdoğan Suriyanın şimalındakı PKK-YPG və İŞİD terrorçularının Türkiyənin təhlükəsizliyi və Suriyanın ərazi bütövlüyü üçün yaratdığı təhdidə işarə edib.


Oxunma sayı: 463

Oxşar yazılar