Türkiyə prezidenti: "Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik"

  • 14 Okt - 2019

"Biz Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik".

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən Dünya Türk İş Şurasının toplantısında bildirib.

Türkiyə prezidenti Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” şeirindən bir bəndi birlik üçün örnək göstərib: “Dinimiz bir, dilimiz bir, Ayımız bir, ilimiz bir, Eşqimiz bir, yolumuz bir, Azərbaycan-Türkiyə”.

Rəcəb Tayyib Ərdoğan Türkmənistanı da ayrı tutmadıqlarını, dilimizin, dinimizin bir olduğunu vuruğulayıb. 

Qeyd edək ki, Türkmənistan Şuranın üzvü deyil.

O, İsmayıl Qaspıralının “Dildə, işdə, fikirdə birlik” şüarının həyata keçməsinin tam zamanının çatdığını vurğulayıb. 

Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Türkiyə diasporlarının birgə fəaliyyətindən danışarkən deyib: “Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, "Bir millət, iki dövlətin" iki diasporu olmaz”. O iki ölkə diasporunun öhdəsindən gələ bilməyəcəyi məsələnin olmadığını bildirib. 

"Əl Babı 3 500 İŞİD-çidən təmizlədik. Dünya bunu görməz, Cerablusu terrordan təmizlədik. Avropa İttifaqı, Ərəb Liqası bunu görmürmü? Suriyanı Ərəb Liqasından çıxaranlar əməliyyatdan sonra onu yenidən təşkilata üzv qəbul etmək istəyirlər. Türkiyə NATO-nun üzvüdür. Dünən söylədim, siz bu terror qruplaşması olan PKK-nı NATO-ya nə vaxt qəbul üzv etdiniz, mənim xəbərim olmadı?! Suriya Milli Ordusu ilə Türkyə hərbçiləri terrordan azad edilən bölgələri azad etdikləri yerdə Öcalanın fotoları aşkarlanır. Bu da onların terrorçu PKK olduğuna sübutdur. Biz bu mübarizədən dönməyəcəyik. Hazırda türk milləti vücud halındadır. “Fırat qalxanı” və “Zeytun budağı”nda Fərat çayının qərbini 4 500 İŞİD və PKK/YPG-PYD terrorçusundan təmizlədik. Qərbi təmizlədiyimiz kimi şərqi də təmizləyəcəyik. Bu ərazidən bizə təhdid var. İndiyədək 700 dən artıq top mərmisi bizim ərazimizə atılıb. Bu hücumlar nəticəsində 18 dinc sakin həyatını itirib, 200-dən çox vətəndaşımız yaralanıb, 9 aylıq Məhəmmədimiz şəhid olub. Bunlar hər zaman mülki şəxsləri qətliam edir, etnik təmizləmə aparır. Adətən, Avropa İttifaqı belə yerlərə araşdırıcı göndərərdi. İndi niyə göndərmirlər? Ərəb Liqası, siz indiyədək suriyalı qaçqınlara bir qəpik yardım etdinizmi? İndi Türkiyəyə qarşı çıxış edirsiniz. Ancaq bu, heç nəyi dəyişməz. Avropa İttifaqı 3 milyard dolar yardımı hələ tam göndərməyib. Biz isə 40 milyard dollar xərcləmişik. Çünki bizim darda olanlara yardım etmək ənənəmiz var. “Barış pınar”ı kürdlərə qarşı yönəlməyib. Biz onları da terrorun əlindən xilas edirik. Bizim partiyamızın parlamentdə 50 kürd millət vəkili var”, - deyə Ərdoğan qeyd edib.

Türkiyə prezidenti vurğulayıb ki, “Barış pınar”ı aniterror əməliyyatı 1974-cü il Kipr barış hərəkatı qədər həyatı əhəmiyyətlidir: "Bu əməliyyatı mütləq uğurla başa çatdıracağıq. Mərhum Məhəmməd Əmin Rəsulzadənin dediyi kimi, "Bir dəfə yüksələn bayraq bir daha enməz!". Başda Azərbaycan olmaqla əməliyyatı dəstəkləyən bütün liderlərə təşşəkkür edirəm".


Oxunma sayı: 859

Oxşar yazılar