Əsəd YPG-ni terrorçu elan etdi – Bayraqların asılması da kömək etmədi

  • 15:50 - 14 Oktyabr

Suriyanın SANA dövlət agentliyinin məlumatına görə, YPG terrorçuları Türkiyə ordusunun hücumlarından qorunmaq üçün Hasəkə və Qamışlı şəhərlərində Suriya bayraqlarını qaldırıblar.

Avropa.info xəbər verir ki, Sham FM-in məlumatına görə, Hasəkədə YPG tərəfindən qapadılan məktəblər yenidən açılıb. 

ABŞ və Rusiyanın çəkilməsi ilə tək qalan YPG-lilər Əsəd hökuməti ilə danışıqlara başlayıblar. Lakin görüşlər YPG-nin istədiyi kimi nəticələnməyib.

Suriya Nazirlər Kabineti regionda ərəblərə yer verilməsinə və YPG üzvlərinin terrorçu kimi tanınması ilə bağlı qərar verib.

Rəsmi Dəməşq Suriya ordusunun YPG-nin əlində olan şəhərlərə doğru irəliləməsi haqda heç bir rəsmi açıqlama verməyib.


Oxunma sayı: 5138

Oxşar yazılar