Azərbaycanda Özbəkistanla birgə avtomobillərin yığılması təşkil olunacaq

  • 14 Okt - 2019

Azərbaycanda Özbəkistanla birgə avtomobillərin yığılması təşkil olunacaq.

“APA-Economics”in məlumatına görə, bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşü çərçivəsində Bakıda keçirilən biznes forum çərçivəsində Azərbaycannin “Azərmaş” şirkəti ilə Özbəkistanın “Uzavtosanoat” şirkəti arasında Azərbaycanda avtomobillərin yığılması barədə anlaşma memorandumu imzalanacaq.

Biznes forum çərçivəsində ümumilikdə 14 memorandum, protokol, müqavilə imzalanacaq.

"Müxtəlif iqdisadi zonalar arasında məlumat və təcrübə mübadiləsi nə dair anlaşma memorandumu Azərbaycan İqtisadiyyat Naziri Şahin Mustafayev, Qazaxıstanın baş nazirinin müşaviri Berdıbek Saparbayev və Türkiyənin ticarət naziri Ruhsar Pekcan imzalayacaq.

Həmçinin imzalanacaq sənədlər sırasına Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası (ASK) və Türkiyəyə Odalar və Borsalar Birliyi arasında əməkdaşlığa dair anlaşma memorandumu, ASK ilə Macarıstan Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair anlaşma memorandumu, ASK ilə Qazaxıstanın Sahibkarlar Milli Palatası arasında əməkdaşlığa dair anlaşma memorandumu, ASK ilə Qırğızıstanın Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanacaq.

İmzalanacaq sənədlər arasında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) ilə Macarıstanın İxracın Təşviqi Agentliyi arasında anlaşma memorandumu da yer alıb.

Əməkdaşlığa dair kredit müqaviləsi “Ziraat Bank Azərbaycan” ilə “Türkiye İhracat  Bankası” arasında imzalanacaq.

Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), “Ziraat Bank Azərbaycan” və “Türkiye İhraca Bankası” ilə əməkdaşlığa dair niyyət protokolu, KOBİA ilə Macarıstanın İxracın Təşviqi Agentliyi arasında anlaşma memorandumu imzalanacaq.

Həmçinin KOBİA ilə Türk Katılım Bankları Birliyi və KOBİA ilə Özbəkistanın Kiçik Biznes və sahibkarlığın İnkişafı Agentliyi arasında anlaşma memorandumu imzalanacaq.

Bundan başqa, Özbəkistan Ticarət və Sənaye Palatasının Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının üzvlüyünə dair protokol imzalanacaq.

Həmçinin Macarıstan Ticarət və Sənaye Palatasının Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasında müşahidəçi statusuna dair protokol imzalanacaq.


Oxunma sayı: 485

Oxşar yazılar