“İŞİD həbsxanasının YPG-lilər tərəfindən boşaldıldığını gördük” – Hulusi Akar

  • 14 Okt - 2019

“Tel-Abyad və Rasulayn nəzarətimiz altındadır. Regionun nəzarəti ilə bağlı fəaliyyət davam edir”.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə Türkiyə müdafiə naziri Hulusi Akar çıxış edib. Akar İYİ Partiya sədri Meral Akşener ilə görüşdən sonra jurnalistlərə bunları deyib:

“Masa üzərində ittifaqa uyğun həll yolu üçün uzun müddət çalışdıq, amma bu ABŞ-la həll yolu alınmayınca hərəkətə keçdik. Rasulayn və Tel Abyad nəzarətimiz altındadır. Regionun ilə bağlı fəaliyyətimiz davam edir.

Akar İŞİD məsələsində həbsxana şərtinin olduğunu və bu həbsxana ilə bağlı əllərindən gələ səyi göstərməkdə qətiyyətli olduqlarını deyib: 

“Ərazimizdə bircə həbsxana vardı – İŞİD həbsxanası. Onun da getdiyimiz vaxt YPG-lilər tərəfində boşaldıldığını gördük. Bunları da foto ilə, video ilə qeyd etdik və tərəflərlə müzakirə etdik, müzakirə aparmağa davam edəcəyik”.


Oxunma sayı: 815

Oxşar yazılar