İki “Mercedes” toqquşdu: yaralılar var

  • 15:33 - 14 Oktyabr

Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Avropa.info qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Alaçadırlı kəndində qeydə alınıb. İki "Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində üç nəfər ağır yaralanıb.

Hadisə yerinə çağırılan Təcili Tibbi Yardım Briqadasının həkimləri hər üç yaralıya ilkin yardım göstərdikdən sonra onlar Bərdə Rayon Mərkəzi Xəstəxanasının Travmatoloqiya şöbəsinə çatdırılıblar.

Yaralananlardan birinin vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.

Onların şəxsiyyəti, hələ ki, məlum deyil. Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.


Oxunma sayı: 3906

Oxşar yazılar