Atambayev məhkəməyə zorla gətiriləcək

  • 14 Okt - 2019

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev kriminal avtoritet Əziz Batukayevin qanunsuz şəkildə azadlığa buraxılması ilə bağlı haqqında aparılan məhkəmə işini boykot edib və bəyanatla çıxış edib.

Avropa.info xəbər verir ki, vəkil Sergey Slesarovun dediyinə görə, məhkəmə onun məcburi şəkildə gətirilməsi haqda qərar qəbul edib və konvoy xidmətinə göstəriş verib. Növbəti məhkəmə 15 oktyabrda keçiriləcək.

Sabiq prezident məhkəməni qanunsuz hesab edir. 

Qeyd edək ki, Batukayevin azadlığa buraxılması prosesi ilə bağlı işdə 19 nəfərin adı keçir. Onlardan 14-ü günahlarını etiraf edərək, istintaqla əməkdaşlığa gediblər.

Xatırladaq ki, çoxillik həbs müddətinə baxmayaraq, Batukayev 2013-cü ildə səhhəti ilə bağlı azadlığa buraxılıb. Atambayev bu işə görə şahid qismində ifadə verməkdən imtina etmiş, 8 avqustda xüsusi təyinatlıların evinə hücumdan sonra həbs olunmuşdu.


Oxunma sayı: 551

Oxşar yazılar