“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi 30 nəfəri reabilitasiya və reinteqrasiyası prosesinə cəlb edəcək

  • 14 Okt - 2019

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti 2019-cu il üzrə 5-ci qrant müsabiqəsi çərçivəsində Daxili İşlər Nazirliyi və DİN İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi ilə birgə “İnsan alverinin qurbanları və potensial insan alveri qurbanları üçün sığınacağın fəaliyyətinin gücləndirilməsi” üzrə layihənin icrasını davam etdirir.

Avropa.info xəbər verir ki, layihənin  müddəti 3 aydır və layihə çərçivəsində  30 nəfərin reabilitasiya və reinteqrasiyası prosesinə cəlbi nəzərdə tutulub. Layihə çərçivəsində reabilitasiya və reinteqrasiya prosesi ilə yanaşı, sığınacaq sakinlərinə 16 günlük təlim keçiriləcək.

Təlimlərin mövzuları:

-    İnsan haqları və qadın hüquqları;
-    Gender və gender əsaslı zorakılıq, formaları;
-    İnsan alveri, formaları və insan alverinin qurbanına çevrilməməyin yolları;
-    Rebilitasiya – emosiyaların idarə edilməsi;
-    Reinteqrasiya – Özçətir proqramı;
-    Kiçik sahibkarlıq- “mən sahibkaram”

Təlimlər 3 ay müddətinə davam edəcək.


Oxunma sayı: 683

Oxşar yazılar