Şimali Kipr Türk Cümhuriyyətinin baş nazirindən Türkiyənin “Barış Pınarı” əməliyyatına dəstək: “Biz hər zaman bərabərik”

  • 11:51 - 14 Oktyabr

Türkiyə rabitə naziri Fəxrəddin Altunal telefon görüşü keçirən Şimali Kipr Türk Cümhuriyyətinin baş naziri Ersin Tatar Akıncının “Barış Pınarı” əməliyyatı ilə bağlı açıqlamasından təəssüf hissi keçirdiklərini, bu narahatlığı Türkiyə xalqı və prezidenti Rəcəb Taayib Ərdoğanla paylaşmaq istədiklərini bildirib.

Avropa.info xəbər verir ki, Tatar “Barış Pınarı” əməliyyatında Türkiyənin yanında olduqlarını bildirib:

“Biz hər zaman bərabərik. Təəssüf ki, belə fikirləşməyənlər də var. Bunlarla mübarizəmiz demokratiya çərçivəsində davam edəcək. Görəcəyimiz işlərlə xalqımızı doğru  istiqamətdə yönləndirəcək, bunların öhdəsindən gələcəyik”.

Tatar Şimali Kiprin təhlükəsizliyinin, bu yolu Türkiyə ilə birgə addımlamaqdan keçdiyini bildirib.

“Doktor Fazil Küçük də, Rauf Denktaş da, Dərviş Əroğlu da bunu dedi. İndi bizlər də eynisini deyirik. Bizim üçün tək doğru yol Türkiyə ilə birlikdə hərəkət etmək, Türkiyə ilə çiyin-çiyinə və müştərək şəkildə bu mübarizəni aparmaqdır. Bunu zatən xalqımızın çox hissəsi bilir. Biz buradayıq və mücahidlik ruhu ilə davam edirik. “Barış Pınarı” əməliyyatında türk əsgərinə uğurlar diləyirəm.

Türkiyə ictimaiyyəti bilsin ki, hökumətin başındakı Ersin Tatar və dostları Milli Birlik Partiyası və digər milliyyətçilər qəti şəkildə belə düşünmürlər. Mən zatən daha əvvəl də dedim. Onlar mənə qarşı hücuma keçdi. Akıncı və dostları marginal qrupları təmsil edirlər”.

ŞKTR baş naziri ilə məsələni müzakirə edən Fəxrəddin Altun Akıncının çıxışının Türkiyə ictimaiyyətində və prezident Ərdoğanın şəxsində ciddi təəssüf hissi yaratdığını qeyd edib. Tatara təşəkkür edən Fəxrəddin Altun bu sözləri deyib:

“Qədərimiz birdir. Bizə ziyan verdiklərində ilk gözlərini dikəcəkləri xalqın kim olduğunu lap yaxşı bilirik”.


Oxunma sayı: 4203

Oxşar yazılar