Hadi Rəcəbli: “Biz islahat apardıq və pensiya yaşı 65-ə çatdırıldı”

  • 14 Okt - 2019

"Son 2 il ərzində Azərbaycanda sosial müdafiə sahəsində ciddi dəyişikliklər baş verib". Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Əmək və əhalinin sosial mudafiəsi komitəsinin sədri Hadi Rəcəbli MDB iştirakçı dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının XXXll iclasında bildirib.

Elektron idarəetmə sisteminin yaradılmasının xüsusi əhəmiyyətə malik olduğunu bildirən deputat, bunun vətəndaş-məmur arasında münasibətləri minimuma endirdiyini diqqətə çatdırıb:

"Milli Məclis bu sahədə ciddi və mühüm qanunla qəbul edib. Bəzi hallarda bu qanunların qəbulu böyük əks-səda doğurub. Əhali ilə, jurnalistlərlə əlaqələr kifayət qədər yaxşı qurulub və ciddi təbliğat gedir. Biz islahatlar apardıq və pensiya yaşı 65-ə çatdırıldı. Pensiya təyinatının elektron forması çox vacib idi. Əhalinin 80 faizi evdə otura-otura ona təyin olunan pensiyanı SMS və e-mail vasitəsilə asanlıqla ala bilir. Bu tədbirlər nəticəsində 4 milyon 200 mindən çox vətəndaşın rifah halı yaxşılaşıb".

H.Rəcəbli qeyd edib ki, bu sahədə Azərbaycanın zəngin təcrübəsi var: "Hazırda Rusiya və digər ölkələrdə toplanan əmək pensiyası staj kimi qəbul olunmur. Əhalinin işləməsi və yüksək maaş alması onların pensiyasına təsir etmir. Düşünürəm ki, bu sahədə qarşılıqlı əməkdaşlıq aparmaq mümkündür. Azərbaycan və Rusiyanın əmək və əhalinin sosial müdafiəsi nazirlikləri arasında saziş imzlanaması üçün danışıqlar gedir. Düşünürəm ki, saziş imzalandıqdan sonra Rusiyada yaşayan azərbaycanlıların pensiya təminatı ilə bağlı məsələlər öz həllini tapacaq".


Oxunma sayı: 672

Oxşar yazılar