Türkdilli ölkələrin prezidentləri Bakıya toplaşır

  • 10:58 - 14 Oktyabr

Bu gün Bakıda Türk Şurasının 7-ci sammiti keçiriləcək.

Avropa.info xəbər verir ki, sammitdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) üzvü olan ölkələrin rəhbərləri iştirak edəcək.

Türk Şurası türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir. 

Türk Şurası 1992-ci ildən etibarən keçirilən türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşlərindən qaynaqlanan ümumi siyasi iradənin nəticəsi olaraq yaranıb.


Oxunma sayı: 15500

Oxşar yazılar