Bakının 3 qəsəbəsində qaz olmayacaq

  • 10:43 - 14 Oktyabr

Bu gün saat 12:00-dan Qaradağ rayonu, Korgöz, AZNS, Qızıldaş qəsəbələrində bir qrup abonentin və bir neçə mühüm əhəmiyyətli obyektin qaz təminatında fasilələr yaranacaq.

Bu barədə Avropa.info "Azəriqaz" İstehsalat Birliyinə istinadən  xəbər verir.

Bu zaman “Puta” qaz paylayıcı stansiyası ərazisində qaz kəmərində aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi və yararsız vəziyyətdə olan siyirtmənin yenisi ilə əvəz olunması işləri icra olunacaq.


Oxunma sayı: 1475

Oxşar yazılar