Əsəd ordusu PKK ilə anlaşdı, şimala doğru hərəkət edir - Türkiyə rəsmən Əsəd ordusunu vuracağını açıqladı

  • 14 Okt - 2019

Əsəd rejimi Türkiyənin PKK-ya qarşı antiterror əməliyyatlarının qarşısını almaq üçün, terror təşkilatı ilə anlaşıb.

Avropa.info xəbər verir ki, bu haqda Livan mediası məlumat yayıb.

Məlumata görə, Əsəd əsgərləri PKK/PYD-nin nəzarətindəki Mənbic və Ayn əl Ərəbə (Kobani) girəcək. Bununla da, Türkiyə ordusunun bu şəhərləri terrorçulardan təmizləməsinə mane olmaq hədəflənir.

Əsəd rejiminə bağlı dövlət televiziyası da rejim əsgərlərinin şimala doğru hərəkət etməyə başladığını açıqlayıb. Diktator Əsədə bağlı SANA agentliyi Əsəd ordusunun Türkiyəyə qarşı şimala doğru hərəkət etdiyini təsdiqləyib.

Rəsmi Ankaradan Əsəd rejiminin bu addımına cavab gecikməyib. Türkiyə prezidentinin köməkçisi Yasin Aktay, Əsəd rejiminin bu addımı atacağı təqdirdə qarşıdurmanın qaçınılmaz olacağını deyib.

"Əsəd rejimi, Suriyanın şimal-şərqinə girməyə çalışarsa Türkiyə buna cavab verəcək. İki ordu arasında toqquşma çıxa bilər".

Avropa.info


Oxunma sayı: 11254

Oxşar yazılar