Şimali Kipr Türk Cümhuriyyəti prezidenti Akıncıdan Türkiyəyə böyük xəyanət - Ərdoğandan sərt cavab

  • 14 Okt - 2019

Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Mustafa Akıncı, Türkiyənin PKK/YPG terror təşkilatına qarşı başlatdığı "Barış Pınarı" əməliyyatı haqda qalmaqallı açıqlama verib.

Avropa.info xəbər verir ki, Akıncı açıqlamasında əməliyyata dəstək vermədiyini bildirməklə yanaşı, Kipr türklərinə qarşı baş vermiş qırğınların qarşısını almaq üçün 1974-cü ildə həyata keçirilən Sülh Hərəkatını "müharibə" adlandırıb. 

Akıncı, facebook hesabından yaydığı açıqlamada Türkiyəni PKK terror təşkilatı ilə danışıqlara çağırıb.
 
" 1974-cü ildə biz adına Sülh Hərəkatı desək də bu müharibə idi və axan da qan idi. İndi də həyata keçirilən əməliyyata "Barış Pınarı" desək də, axan su deyil, qandır. Bu səbəblə bir an əvvəl dialoq və diplomatiyanın dövrəyə girməsi ən böyük arzumdur" - Akıncı Türkiyənin həyata keçirdiyi əməliyyatı belə qaralamağa çalışıb.

Akıncının bu açıqlamasına Türkiyə prezidenti Ərdoğandan cavab gəlib. 

"Bu tamamilə bir hədsizlikdir, həddini bil. Şimali Kiprin haqlarını bizdən başqa qoruyan varmı? Yox! Yeri gəldiyində bizlərdən də lazımi cavabı alacaq. Belə bir açıqlama verə bilməz. Oturduğu məqam, öz gücü ilə əldə etdiyi bir məqam deyil. O məqam Türkiyənin gücü ilə verilmiş bir məqamdır. Biz nəyin mübarizəsini aparırıq, bu nəyin mübarizəsini aparır. Kipr dediyimiz, bizik. Bizdən başqa ŞKTC deyən varmı? Yox. İnanıram ki, oradakı soydaşlarımız onun cavabını verəcəklər" - Ərdoğan belə deyib.

Avropa.info   


Oxunma sayı: 14906

Oxşar yazılar