AVRO-2020: Rusiya final mərhələsinə vəsiqə qazanan 3-cü komanda olub

  • 23:19 - 13 Oktyabr

AVRO-2020-nin final mərhələsində iştirak edəcək daha bir komanda müəyyənləşib.

Buna İ qrupunda keçirilən VIII turun oyunları səbəb olub.

Kiprlə səfər oyununda qələbə qazanan Rusiya yığması qitənin ən nüfuzlu yarışına vəsiqəni təmin edib. Bu qrupda digər vəsiqəni Belçika qazandığından son iki tur formal xarakter daşıyacaq. Yalnız bu iki komanda arasında 1-ci yer uğrunda mübarizə gedəcək.

Belçika millisi isə ardıcıl 8-ci qələbəsini qazanıb. Tsikli 30 xalla başa vurmağı hədəfləyən komanda Qazaxıstandan güclü olub. Şotlandiya isə evdə San-Marinoya qalib gəlib.

Qeyd edək ki, Belçika və Rusiyadan başqa, İtaliya yığması da final mərhələsinə yüksəlib. Lakin digər iki komandadan fərqli appeninlilər 1-ci yeri təmin ediblər.

AVRO-2020-nin seçmə mərhələsi
VIII tur
13 oktyabr
İ qrupu
17:00. Qazaxıstan – Belçika – 0:2
Batşuayi, 21, Menye, 53
20:00. Şotlandiya – San-Marino – 6:0
Makqin, 12, 27, 45, Şankland, 65, Findley, 67, Armstronq, 86
20:00. Kipr – Rusiya – 0:5
Çerışev, 9, 90, Ozdoyev, 23, Dzyuba, 79, Qolovin, 86

1Belçika880030-124
2Rusiya870127-421
3Kipr831413-1210
4Şotlandiya830511-179
5Qazaxıstan82159-137
6San-Marino80080-430

Növbəti oyunlar noyabrın 16-da keçiriləcək: Kipr – Şotlandiya, San-Marino – Qazaxıstan, Rusiya – Belçika.

 

apa


Oxunma sayı: 11276

Oxşar yazılar