Venesueladan Türkiyəyə dəstək gəldi: "Biz hər zaman Türkiyənin yanında olacağıq"

  • 13 Okt - 2019

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təmsil etdiyi hökumət sülhün yanındadır.

Bu sözləri Venesuelanın Ankaradakı səfiri Xose Braço Reyes Türkiyənin Suriyada keçirdiyi "Sülh çeşməsi" əməliyyatı haqda deyib.

"Dünyanın imperatoru olduğunu zənn edən ölkə tərəfindən gələn təhdidlərə əhəmiyyət vermək lazım deyil. Biz hər zaman Türkiyənin yanında olacağıq. Harada olmasından asılı olmayaraq, terrora qarşı mübarizə aparacağıq", - səfir bildirib.

X.Reyes həmçinin Prezident Ərdoğana türkcə təşəkkür edib.

 

 

axar.az


Oxunma sayı: 848

Oxşar yazılar