Somalidə hərbi bazanın atəşə tutulması nəticəsində 7 nəfər yaralanıb

  • 22:03 - 13 Oktyabr

Somalidə Xalane hərbi bazasının raket atəşinə tutulması nəticəsində ən azı 7 nəfər yaralanıb.

Bu barədə "Garowe Online" yerli nəşriyyatı bildirib.

Məlumata əsasən, həmin hərbi baza Moqadişo hava limanın ərazisində yerləşir.

Atışma zamanı üç Afrika Birliyi əsgəri, üç inşaatçı və bir kəşfiyyatçı yaralanıb. Bütün yaralılar müalicə üçün Somalidəki Afrika Birliyi Sülhməramlı missiyasının (AMISOM) xəstəxanasına çatdırılıb.(Trend)


Oxunma sayı: 3499

Oxşar yazılar