Çində yeməkxanada baş verən partlayışda 6 nəfər ölüb, 15 nəfər yaralanıb

  • 13:53 - 13 Oktyabr

Çinin Ciansu vilayətinin Usi şəhərində qəlyanaltıxanada baş verən qaz partlayışı nəticəsində 6 nəfər ölüb, 15 nəfər yaralanıb.

Hadisə yerli vaxtla saat 11:00 (Bakı vaxtı ilə 07:00) radələrində Sişan rayonunda baş verib.

Dərhal hadisə yerinə gələn xilasedicilər və təcili tibbi yardım briqadaları yaralıları xəstəxanalara çatdırıblar. Onlardan altısının həyatını xilas etmək mümkün olmayıb. Digər yaralıların vəziyyətinin sabit olduğu bildirilir.

Yerli hakimiyyət orqanlarının rəhbər şəxsləri hadisə yerinə baş çəkiblər.


Oxunma sayı: 3862

Oxşar yazılar