“Aqrar Tədarük və Təchizat” ASC “Qatar Airways” şirkətini ərzaqla təchiz edəcək

  • 21:47 - 12 Oktyabr

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC “Qatar Airways” şirkətini ərzaqla təchiz edəcək.

Bu barədə ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova məlumat verib.

Bununla bağlı ötən ay tərəflər arasında razılığa gəlindiyini bildirən L.Məmmədova qeyd edib ki, ilkin olaraq Qətərə quş və yumurta məhsullarının ixracı nəzərdə tutulur. “Qatar Airways” Bu məhsulların keyfiyyətindən razı qaldıqdan sonra digər məhsulların, meyvə və tərəvəzin də ixracı planlaşdırılır.


Oxunma sayı: 5567

Oxşar yazılar