İranda xromit mədəni çökdü - Ölən var

  • 21:12 - 12 Oktyabr

İranın şimal-şərqində yerləşən Rəzəvi Xorasanı vilayətində xromit mədəni çöküb.

Bunu vilayətin Türbət-Heydəriyyə rayonu fövqəladə hallar və təcili yardım mərkəzinin direktoru Məhəmməd Cavad Əmiri deyib.

Onun sözlərinə görə, bu gün səhər saatlarında qeydə alınan hadisədə bir nəfər həlak olub, bir nəfər isə yaralanıb.

Yaralı xəstəxanaya çatdırılıb. (trend)


Oxunma sayı: 4456

Oxşar yazılar