Yaponiyada "Haqibis" qasırğası nəticəsində 2 nəfər ölüb, 70 nəfər yaralanıb

  • 20:38 - 12 Oktyabr

Hazırda Yaponiyanın paytaxtı Tokioya yaxınlaşan "Haqibis" qasırğası nəticəsində ən azı 2 nəfər ölüb və 70 nəfər yaralanıb.

Təbii fəlakət nəticəsində ölkənin mərkəzindəki üç prefekturaya daxil olan 57 şəhərə ziyan dəyib.

Şəhərlərdə dəmir yolu və hava nəqliyyatı tamamilə dayanıb, elektrik enerjisi kəsilib, telefon və internetdə fasilələr yaranıb.


Oxunma sayı: 3620

Oxşar yazılar