Biləsuvar sakini ehtiyatsızlıqdan anasını traktorla vuraraq öldürüb

  • 12 Okt - 2019

Biləsuvar rayonunda bədbəxt hadisə ölümə səbəb olub.

"Report"un  məlumatına görə, hadisə ötən gün rayonun Səmədabad kəndində baş verib.

Belə ki, kənd sakini 26 yaşlı Fəqan Məmmədov traktorla həyətlərində anası, 60 yaşlı Umnisə Məmmədovanı vuraraq öldürüb.

Məlumata görə, bundan sonra F.Məmmədov intihara cəhd edib, lakin yaxınları tərəfindən intiharın qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 496

Oxşar yazılar