Prezident İlham Əliyev Qoca Səmədovu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edib

  • 12 Okt - 2019

Azərbaycan Prezidenti İlham Əliyev Q. Ç. Səmədovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. 

 Avropa.info-nun məlumatına görə, Sərəncamda deyilir:   "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:  Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Qoca Çərkəz oğlu Səmədov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin".


Oxunma sayı: 507

Oxşar yazılar