Ədliyyə orqanlarında işləmək istəyənlər üçün test imtahanı keçirilib

  • 12 Okt - 2019

Dövlət İmtahan Mərkəzi oktyabrın 12-də Ədliyyə Nazirliyi ilə birlikdə Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirib.

DİM-dən verilən məlumata görə, imtahan saat 10:00-da Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28 ünvanında yerləşən inzibati binasında təşkil olunub. İmtahan kompüterlər vasitəsilə elektron qaydada aparılıb.

İmtahan kompüter vasitəsilə təlimata uyğun olaraq 3 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub.

İmtahanda iştirak üçün namizədliyi qeydə alınmış 180 nəfərdən 53 nəfəri imtahana gəlməyib. 55  və daha çox bal toplamış 58 namizəd müsabiqənin ikinci mərhələsinə – müsahibəyə buraxılıb.


Oxunma sayı: 551

Oxşar yazılar