Bu marşrut xətlərinin hərəkət sxemi dəyişdirilir – Foto

  • 12 Okt - 2019

Oktyabrın 13-ü axşamdan Akademik Şəfaət Mehdiyev küçəsinin General Akim Abbasov və Əbdürrəhim bəy Haqverdiyev küçələri arasında yerləşən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək.

Bakı Nəqliyyat Agentliyindən Avropa.info-ya verilən məlumata görə, bu səbəbdən də 6, 17 və 59 nömrəli müntəzəm marşrutlar üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Dəyişiklik yolda təmir işləri yekunlaşanadək qüvvədə qalacaq.

 

 

Bu marşrut xətlərinin hərəkət sxemi dəyişdirilir (FOTO)

Oxunma sayı: 474

Oxşar yazılar