Son dəqiqə: Türkiyənin dəstək verdiyi Suriya Milli Ordusu strateji yolu ələ keçirdi

  • 11:06 - 12 Oktyabr

“Barış Pınarı” əməliyyatının 4-cü günündə Türkiyə SQ-nin dəstəyi ilə cənuba doğru irəliləyən Suriya Milli Ordusu ən strateji obyektlərdən biri olan M4 magistral yolunu ələ keçiriblər.

Avropa.info xəbər verir ki, M4 yolu YPG/PKK-nın nəzarət etdiyi Fərat çayının qərbindəki Mənbicdən Suriya-Türkiyə-İraq sərhədinin birləşdiyi Qamışlı rayonuna qədər uzanan əraziləri birləşdirir.

Hələb-Hasəkə yolu kimi də tanınan M4 Türkiyə sərhədindən təxminən 30 km məsafədədir. YPG/PKK bu yolu loqistik və ticarət əməliyyatları üçün istifadə edir.


Oxunma sayı: 18921

Oxşar yazılar