ABŞ və Türkiyə müdafiə nazirləri arasında telefon danışığı olub

  • 22:04 - 11 Oktyabr

ABŞ Müdafiə naziri Mark Esperlə Türkiyə Müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub.

Bu barədə Pentaqon sözçüsü Conatan Hoffman bildirib.

Onun sözlərinə görə, nazirlər telefon danışığı zamanı Suriyanın şimalında aparılan hərbi əməliyyatlarla bağlı fikir mübadiləsi aparıblar.

ABŞ Müdafiə naziri H. Akara ABŞ-ın İŞİD-ə qarşı koalisiyasının əldə etdiyi irəliləyişləri təhlükəyə atdığı üçün Türkiyənin koordinasiyasız fəaliyyətlərinə qarşı olduğunu deyib.

M. Esper ölkələr arasında strateji münasibətlərin əhəmiyyətini də vurğulayıb.


Oxunma sayı: 4687

Oxşar yazılar