Gürcüstanda yeni dövlət agentliyi yaradılır

  • 20:55 - 11 Oktyabr

Gürcüstanda Məşğulluğun Artırılması üzrə Dövlət Agentliyi yaradılır. 

“Report xəbər verir ki, bu barədə hökumət qərar qəbul edib. 

Qərara əsasən, publik hüquqi şəxs olacaq yeni qurum dövlətin əmək bazarında fəal siyasətini həyata keçirəcək və əhali arasında məşğulluğun artırılması istiqamətində fəaliyyət göstərəcək. 

Yeni agentliyə Sosial Xidmət Agentliyinin əmək və məşğulluğu təşviq etmək funksiyaları və səlahiyyətləri həvalə olunacaq.


Oxunma sayı: 3268

Oxşar yazılar