Əlahiddə Ümumqoşun Orduda silahlara nəzarət inspeksiyası keçirildi

  • 20:38 - 11 Oktyabr

Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissələrdə silahlara nəzarət inspeksiyası keçirilib.

Müdafiə Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının rəhbərlik etdiyi, Almaniya və Polşadan nümayəndələrin də qatıldığı 8 nəfərdən ibarət beynəlxalq inspeksiya qrupu tərəfindən Əlahiddə Ümumqoşun Orduda "Elan olunmuş yer"in inspeksiyası və qiymətləndirməsi aparılıb.

“Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə” çərçivəsində hərbi hissələrdə müxtəlif növ və təyinatlı silah və texnikaların sayı yoxlanılıb, şəxsi heyətin məişət şəraiti, sağlamlığı və qidalanması ilə tanış olmaq üçün əsgəri-məişət komplekslərinə baxış olub.

Səfər zamanı qonaqlar açıq səma altında Naxçıvan Döyüş Şöhrəti Muzeyində və muxtar respublikanın tarixi yerlərində olublar.

 

◀▶

 


Oxunma sayı: 4258

Oxşar yazılar