Gəncədə torpaq üstə mübahisə ölümlə nəticələndi

  • 11 Okt - 2019

Gəncədə qətl hadisəsi verib.

Hadisə şəhərin Depo qəsəbəsində qeydə alınıb. Belə ki, Akif İsmayılov 1989-cu il təvəllüdlü Zeynalladin Kərimovla torpaq üstə mübahisə edib.

Mübahisədən sonra Akif İsmayılov öz ilə gətirdiyi qoşalülə ilə Z. Kərimova atəş açıb. Nəticədə sonuncu aldığı ağır güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törədən şəxs tutulub.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.(APA)


Oxunma sayı: 705

Oxşar yazılar