Bakıda səfirin sürdüyü avtomobil qəzaya düşdü

  • 11 Okt - 2019

Meksikanın Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini Flores Bakıda avtomobil qəzasına düşüb.

Avropa.info "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzində, Səbail rayonu ərazisində baş verib.

Məlumata görə, 58 yaşlı səfirin sürdüyü BMW marakı avtomobil Şükür Soltanovun idarə etdiyi "Toyota" ilə toqquşub.

Qəza zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

Səfirin idarə etdiyi avtomobil Meksika səfirliyinə məxsusdur.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 606

Oxşar yazılar