DTX-dan xüsusi əməliyyat: 4 terrorçu həbs edildi – Video

  • 15:22 - 11 Oktyabr

Azərbaycan Respublikası vətəndaşlarının radikal dini ideyaların təsiri altında terror təşkilatlarına və bu təşkilatlar tərəfindən ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb edilmələrinə qarşı Dövlət Təhlükəsizliyi Xidmətinin kompleks mübarizə tədbirləri davam edir.

DTX-dan Avropa.info-ya verilən məlumata görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 218.2 (cinayətkar birlikdə iştirak etmə) və 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak etmə) maddələri ilə aparılan cinayət təqibi üzrə əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, “Abu İbrahim Dağıstani” dini ləqəbi ilə beynəlxalq terror təşkilatlarında partlayıcı qurğular üzrə mütəxəssis kimi fəaliyyət göstərən Azərbaycan Respublikasının vətəndaşı, 1971-ci il təvəllüdlü Güləliyev Bəhram Tağıbəy oğlu 2003-cü ildə qeyri-leqal yollarla Əfqanıstan ərazisinə keçib və oradakı qanunsuz silahlı birləşmələrə qoşulub.


hE6U9yn5M4Y

Oxunma sayı: 2091

Oxşar yazılar