Elinanın məhkəməsində prokuror vaxt istədi

  • 13:25 - 11 Oktyabr

Səbail rayon Məhkəməsində Elina Hacıyevanın ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın cinayət işi üzrə məhkəməsi davam etdirilib.

APA -nın məlumatına görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Təhsil Nazirliyinin nümayəndəsi Elmar Kərimov çıxış edərək onlara qaldırılmış mülki iddianın təmin edilməməsini istəyib.

Daha sonra prosesdə Elina Hacıyevanın hüquqi varisinin nümayəndələri vəsatətlə çıxış edərək Sevinc Abbasovanın iş üzrə şahidlərə təzyiq etdiyi əsas gətirərək barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyiblər.

Vəsatət təmin edilməyib.

Daha sonra həm müdafiə tərəfi həm də zərərçəkmişlərin vəkilləri təkrar ekspertizanın keçirilməsini və yaxud ekspertlərin məhkəmədə dindirilməsi ilə bağlı vəsatətləri də təmin edilməyib.

Məhkəmədə iş üzrə olan sənədlər elan olunub. Prosesdə məhkəmə istintaqı başa çatdığı bildirilib.

Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

Prosesdə oktyabrın 16-dək fasilə elan olunub.

Qeyd edək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Daha sonra Cinayət Məcəlləsinin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə açılan cinayət işinə xitam verilib.


Oxunma sayı: 3312

Oxşar yazılar