Deputat: “Qarabağ Azərbaycandır!” hərəkatı ATƏT-də konkret addımlar atmağa vadar edəcək”

  • 13:00 - 11 Oktyabr

“Azərbaycan Prezidenti İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya klubunda səsləndirdiyi “Qarabağ Azərbaycandır!” mesajı bu gün ölkə ictimaiyyətində çox böyük rezonansa səbəb olub və insanlarda vətənpərvərlik hissinin yüksəlməsinə təkan verib. Ali Baş Komandaının bu bəyantı Azərbaycanda bir hərəkata çevrilməkdədir”. 

Bunu Avropa.info-ya açıqlamasında deputat Mirkazım Kazımov deyib. 

Onun sözlərinə görə, ölkə başçısının bu mesajı bu günədək səngiməyən vətənpərvərlik əhval-ruhiyyəsi son illərin ən yüksək pilləsinə yüksəldib və xalqda torpaqlarımızın qeyd-şərtsiz geri qaytarmaq əzmi və inamı qat-qat artıb: 

“Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!” çağırışı indiki dövrün milli ideyası statusunu qazanmaqdadır. Ona görə də hakim Yeni Azərbaycan Partiyası bu çağırışın dövrün milli ideyaya çevrilməsi və hərəkata çevrilməsi istiqamətində fəaliyyətə başlayıb. YAP sədrinin müavini Əli Əhmədov “Qarabağ Azərbaycandır!” hərəkatı yaradılması ilə bağlı çağırışla çıxış edib və reallaşdırılması üçün konkret addımlar atamağa başlayıb. Ümid edirəm ki, yaxın gələcəkdə bu böyük bir hərəkata çevriləcək və yüz minlərlə insan bu hərəkatın sırlarına qatılacaq. Çünki torpaqlarımızın işğaldan azad olunmasında milli birlik və vətəndaş həmrəyliyi əhəmiyyətli dərəcədə vacibdir”- deputat qeyd edib. 

Azərbycan Prezidentinin “Valday”kı çıxışına toxunan deputat onu da əlavə edib ki, “Qarabağ Azərbaycandır!” mesajı, əgər belə demək mümkündürsə, beynəlxalq auditoriyaya, dünya ictimaiyyətinə və təşkilatlarına ünvanlanmışdı: “Cənab İlham Əliyevin “Valday”da bir sıra dövlət başçılarının, çoxsaylı beynəlxalq siyasi ekspertlərinin və mətbuat nümayəndələrinin qarşısındakı qətiyyətli çıxışının arxasında möhtəşəm gücün dayandığı heç kimdə şübhə yaratmır. Bu güc hər şeydən əvvəl xalqın iradəsi, Azərbaycanın Silahlı Qüvvələrinin döyüş qabiliyyəti, nəyin bahasına olursa olsun torpaqlarımızı işğaldan azad etmək əzmidir”. 

M.Kazımov əlavə edib ki, Prezident İlham Əliyev belə bir tribundan istifadə edərək, Azərbaycan xalqının vahid mövqeyini bütün lazımi ünvanlara çatırdı: 

“Artıq Ermənistan bundan nəticə çıxarmalıdır. Ermənistan öz xülyasından əl çəkməlidir. Mesajın digər ünvanları münaqişənin həllində laqeyd mövqe bəsləyən beynəlxalq təşkilatlar, xüsusən də birbaşa olaraq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk Qrupu həmsədr ölkələri idi”. 

Deputat əlavə edib ki, ölkə başçısının belə cəsarətli çıxışı torpaqları işğaldan azad etmək əzmini daha da qətiləşdirir. 

“Ona görə də hesab edirəm ki, “Qarabağ Azərbaycandır!” bir hərəkata çevrilməlidir. Xalqın bir araya gəlməsi düşünürəm ki, beynəlxalq aləmi və münaqişənin həlli ilə birbaşa məşğul olan ATƏT və həmsdər ölkələri konkret addıma vadar edəcək”- M.Kazımov bildirib.


Oxunma sayı: 4401

Oxşar yazılar