İlham Əliyev MDB sammitində Ermənistanda faşistə heykəl qoyulmasını pislədi: "MDB məkanında faşizmin qəhrəmanlaşdırılmasına yer yoxdur" – Video

  • 12:56 - 11 Oktyabr

Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB üzvü olan ölkələrin liderlərinin sammiti keçirilir.

Avropa.info xəbər verir ki, sammitdə Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib.

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında Ermənistanın yeni hakimiyyətini İrəvanda nasist ideologiyasının tərəfdarı Qaregin Njdenin abidəsinin sökülməməsinə görə qınayıb.

Dövlət başçısı müharibə illərində Azərbaycan xalqının rolunu, MDB liderlərinin dəfələrlə faşistlərin qəhrəmanlaşdırılmasına qarşı çıxış etdiklərini xatırladıb.

"Təəssüf ki, MDB məkanında, xüsusilə də Ermənistanda belə hal baş verir. Əvvəlki hakimiyyət tərəfindən Yerevanın mərkəzində Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş cəllad və xain Qaregin Ter-Arutyunyanın abidəsi ucaldılıb", - deyə Azərbaycan Prezidenti qeyd edib.

İlham Əliyev, həmçinin Rusiya Xarici İşlər Nazirliyinin nasizmin qəhrəmanlaşdırılması ilə bağlı vəziyyətə dair may hesabatından sitat gətirib. Hesabatda deyilirdi ki, Njdenin nasistlərlə əməkdaşlıq etməsi barədə məlumatlar var. Azərbaycan Prezidenti xatırladıb ki, Njde sonradan Sovet hakimiyyəti tərəfindən tutulub və Vladimir şəhərindəki həbsxanada ölüb.

"Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu abidəni sökmədi. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlaşdırılmasına yer yoxdur", - deyə İ.Əliyev vurğulayıb.

İlham Əliyevdən sonra əlifba sırasına uyğun olaraq, söz Ermənistanın baş naziri Nikol Paşinyana keçib. Türklərlə mübarizəsini qeyd edərək o, Qaregin Njdeni müdafiə etməyə çalışıb.


-7H7-mMPRBA

Oxunma sayı: 8812

Oxşar yazılar