Bakıda dəhşət: 9 yaşlı uşaq küçədə transformatora girib yandı

  • 12:32 - 11 Oktyabr

"Transformatora girib yanan 9 yaşlı uşağın həyati təhlükəsi böyükdür".

Bu barədə Avropa.info -ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən 9 yaşlı Əliyeva Zəhra Bayram qızının 5 nömrəli şəhər kliniki xəstəxanasının yanıq şöbəsinə yerləşdirildiyi bildirilib. Verilən məlumata görə, azyaşlının vəziyyəti kritikdir, həyati təhlükəsi qalmaqda davam edir.

Qeyd edək ki, dünən 18:30-da Bakıda azyaşlı elektrik transformatorunda yanıq xəsarətləri alıb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə paytaxtın Nizami rayonu, Babək prospektində, "Azərişıq" ASC-nin Nizami Regional Enerji Təchizatı və Satışı İdarəsinin 6 min kv gərginliyində Komplektləşdirilmiş Transformator Məntəqəsində baş verib.

2010-cu il təvəllüdlü Əliyeva Zəhra Bayram qızı açıq qapıdan məntəqənin içərisinə daxil olaraq gərginliyə toxunub. Nəticədə Z.Əliyevanın sol yuxarı ətrafı, sol ayağının baş barmağı, sağ baldırı yanıb. Yaralı 3-cü və 4-cü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami rayon prokurorluğunda araşdırma aparılır.


Oxunma sayı: 5028

Oxşar yazılar