"İlin sonunadək Bakı dairəvi dəmir yolunun açılışı olacaq”– Cavid Qurbanov

  • 12:04 - 11 Oktyabr

Bu ilin sonunadək Bakı dairəvi dəmir yolunun açılışı olacaq.

Avropa.info APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

O bildirib ki, bununla bağlı bəzi çatışmazlıqlar var idi: "Biz bunun üçün ölkə Prezidentinə müraciət etdik. Yolun bir tərəfi Biləcəridən başlayır. Xırdalan, Sumqayıt, Pirşağı, Zabrat-I, Zabrat -II, Sabunçu, Bakıxanov, Koroğlu istiqamətində elektrik qatarlarının xidmətindən istifadə etmək olacaq. Bu dairə təxminən 92 kilometrdir".

Sədr əlavə edib ki, son illərdə 1000 km-ə yaxın dəmir yolu təmir olunub.


Oxunma sayı: 4940

Oxşar yazılar