Aşqabadda MDB dövlət başçılarının sammiti keçirilir – İlham Əliyev sammitdə iştirak edir

  • 11:19 - 11 Oktyabr

Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB üzvü olan ölkələrin liderlərinin sammiti başlayıb.

Avropa.info xəbər verir ki, sammitdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edir.

Sammitdə MDB çərçivəsində əməkdaşlığın inkişafına dair aktual məsələlər, qarşıda duran vəzifələrə dair fikir mübadiləsi aparılacaq.

Bundan başqa, MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedevin səlahiyyətlərinin daha 3 il müddətinə artırılması məsələsinə baxılması da gözlənilir.

Eyni zamanda, 2020-ci ildə MDB-də sədrlik məsələsi müzakirə olunacaq. 2020-ci il yanvarın 1-dən MDB-yə Özbəkistanın sədrlik etməsi nəzərdə tutulur.

Dövlət başçıları gündəlikdə duran digər məsələlər barədə də fikir mübadiləsi aparacaq, cari məsələlərə baxacaqlar.


Oxunma sayı: 9098

Oxşar yazılar