Son dəqiqə : Fələstin hökuməti "Barış Pınarı" əməliyyatını pisləməsi haqda iddiaları rəsmən yalanladı - XİN rəhbəri danışdı

  • 11 Okt - 2019

Fələstin xarici işlər naziri Riyad əl Maliki Türkiyənin başlatdığı "Barış Pınarı" əməliyyatını qınadıqları haqda xəbərlərin həqiqəti əks etdirmədiyini açıqlayıb.
 

Avropa.info xəbər verir ki, Fələstin xarici işlər naziri Riyad əl Maliki bu haqda ölkəsinin mətbuatına danışıb.

Maliki Türkiyənin cənub sərhədində yaradılmağa çalışılan terror dəhlizinin yox etmək, bölgəyə sülh  gətirmək məqsədiylə başladılan "Barış Pınarı" hərəkatını qınadıqları istiqamətindəki iddiaları yalanlayıb.

"Fələstin Suriyanın şimal sərhədində baş verənlərlə bağlı heç bir açıqlama verməyib, verməyəcək də" - Fələstin xarici işlər naziri Riyad əl Maliki belə deyib.


Oxunma sayı: 7679

Oxşar yazılar