Səfir: Türkmənistan və Azərbaycan müxtəlif sahələrdə iri layihələr həyata keçirirlər

  • 10 Okt - 2019

Türkmənistan və Azərbaycan müxtəlif sahələrdə iri layihələr həyata keçirirlər. 

Bunu Türkmənistanın Bakıdakı səfiri Məkan İşankuliyev Türkmənistanın Müstəqillik Günü münasibətilə təşkil edilən qəbulda bildirib. 

Səfir əlavə edib ki, iki ölkə arasında ticari-iqtisadi əlaqələr dinamik inkişaf edir: 

"Böyük potensiala sahib olan Türkmənistan və Azərbaycan müxtəlif sahələrdə, o cümlədən regional və yanacaq, enerji, nəqliyyat və tranzit sahələrində beynəlxalq əhəmiyyətli iri layihələr həyata keçirirlər." 

Daha sonra o, Türkmənistan və Azərbaycanın açıq və qarşılıqlı dialoq apardığını qeyd edib: 

"İkitərəfli münasibətlərin bütün sahələrində ölkələrimiz bərabərlik, qarşılıqlı hörmət və etimad ruhunda konstruktiv həllər tapırlar".


Oxunma sayı: 408

Oxşar yazılar