OPEC bu il neftə tələbatın artımına dair proqnozunu azaldıb

  • 22:22 - 10 Oktyabr

2019-cu ildə dünyada neftin gündəlik istehlakı 980 min barel artaraq 99,8 milyon barel təşkil edəcək.

“Report” təşkilatın sentyabr ayına dair hesabatına istinadən xəbər verir ki, bununla da OECD üzvü olan Şimali və Cənubi Amerika, Asiya – Pasifik ölkələrinə dair məlumatların dəqiqləşdirilməsindən sonra istehlakın artım proqnozu, təqribən, 40 min barel azaldılıb.

Həmçinin həm sentyabr, həm də avqust ayına aid proqnozlara görə, 2020-ci ildə neftə olan məcmu tələbat 1,08 milyon barel artaraq 100,88 milyon barel təşkil edəcək. Sözügedən artımın 70 min bareli OECD ölkələrinin payına düşür.

Avqust ayına dair ilkin məlumatlara əsasən, OECD ölkələrinin neft ehtiyatları 10 milyon barel artaraq 2.937 milyon barel təşkil edib. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 85 milyon barel, beşilliyin orta səviyyəsinə nisbətən 11 milyon barel çoxdur. O cümlədən xam neft ehtiyatları 21,9 milyon barel azalaraq beşilliyin orta səviyyəsindən 28 milyon barel az, neft məhsulları ehtiyatları isə 32 milyon barel artaraq həmin səviyyədən 39 milyon barel çox olub.


Oxunma sayı: 4423

Oxşar yazılar