Çində yol qovşağı çökdü

  • 10 Okt - 2019

Çinin Ciansu vilayətinin Usi şəhərində yol qovşağının anidən çökməsi nəticəsində 3 avtomobil dağıntı altında qalıb.

Şəhər polisinin məlumatına görə, yerli vaxtla 18:10-da (Bakı vaxtı ilə 14:10) baş verən hadisə nəticəsində dağıntı altında qalan avtomobillərdən biri əvvəlcədən park edilibmiş, ona görə də içərisində heç kim olmayıb. Digər avtomobillər isə hərəkətdə olarkən dağıntı altında qalıb.

Hazırda həmin avtomobillərdə olanların axtarış-xilasetmə işləri aparılır. Əraziyə xüsusi texnika cəlb olunub.


Oxunma sayı: 518

Oxşar yazılar