“KOB Dostu” İmişli rayonunda da sahibkarlara xidmət göstərəcək

  • 18:22 - 10 Oktyabr

İmişli rayonunda Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “KOB Dostu” fəaliyyətə başlayıb. Bu, ölkə üzrə sayca 17-ci “KOB Dostu”dur. 

Avropa.info xəbər verri ki, hazırda KOB dostları ölkənin 15 şəhər və rayonunda sahibkarlara xidmət göstərir.


Bununla əlaqədar, dövlət qurumlarının, İmişli rayonunda fəaliyyət göstərən sahibkarların iştirakı ilə təşkil olunmuş tədbirdə “KOB Dostu” mexanizmi, mikro, kiçik və orta sahibkarlara “KOB Dostu” tərəfindən göstəriləcək xidmətlər və dəstək barədə ətraflı məlumat verilib. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, İmişli və ətraf rayonlarda fəaliyyət göstərən KOB-lar biznesin qurulması, mövcud sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, eləcə də hüquq və maraqlarının müdafiəsi kimi istiqamətlərdə “KOB Dostu”na müraciət edə bilərlər. İmişli rayonu üzrə “KOB Dostu” sahibkarlıq sahəsində KOB-lara informasiya, məsləhət, təlim-tədris, hüquqi yardım, dövlət qurumları ilə əlaqələndirmə kimi sahələrdə dəstək və xidmətlər göstərəcək. Sahibkarları “KOB Dostu” ilə sıx əməkdaşlığa dəvət edən Orxan Məmmədov ölkənin digər şəhər və rayonlarında da KOB dostlarının fəaliyyətinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev rayonun iqtisadi potensialı və sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün yaradılmış imkanlar barədə məlumat verib, “KOB Dostu”nun mikro, kiçik və orta biznes subyektlərinə dəstək olacağına əminliyini vurğulayıb.
 Sonra “KOB Dostu” konsepsiyası ilə bağlı təqdimat keçirilib.
Tədbirin sonunda İmişli rayonunun Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “KOB Dostu” ofisi ilə tanışlıq olub. Qeyd olunub ki, burada “KOB Dostu” tərəfindən sahibkarlara müvafiq xidmətlərin və dəstəyin göstərilməsi üçün lazımi şərait yaradılıb, ofisin fəaliyyətinə “KOB könüllüləri” cəlb olunub.

 

 

 


Oxunma sayı: 5655

Oxşar yazılar