Pakistandan “Barış Pınarı” əməliyyatına dəstək

  • 10 Okt - 2019

Pakistan XİN sözçüsü Məhəmməd Faysal Türkiyənin Fərat çayının şərqində keçirdiyi “Barış Pınarı” əməliyyatı ilə bağlı açıqlama verib.

Avropa.info xəbər verir ki, Faysal açıqlamasında “Türkiyənin regiondakı təhlükəsizlik qayğılarını anlayırıq. Türkiyə də Pakistan kimi terror qurbanı olmuş ölkələrdən biridir” deyib.

Mətbuat konfransında çıxış edən Faysal Türkiyənin Suriyada apardığı siyasi həll addımlarının Pakistan tərəfindən dəstəklədiyini açıqlayıb: 

“3,5 milyondan çox suriyalı qaçqına nəzakətlə ev sahibliyi edən Türkiyənin humanitar fəaliyyətini təbrik edirik və Türkiyənin regiondakı təhlükəsizlik qayğılarını anlayırıq. Türkiyə də Pakistan kimi terror qurbanı olmuş ölkələrdən biridir.

Pakistan Suriyanın ərazi bütövlüyünün qorunmasına və ən qısa zamanda bütün tərəflərlə region ölkələrinin bir araya gələrək problemin siyasi yollarla həllinə ümid edir”.


Oxunma sayı: 1035

Oxşar yazılar