HDP-nin 5 deputatı haqda cinayət işi açıldı

  • 10 Okt - 2019

Ankara Baş Prokurorluğu müxalifətdə olan HDP partiyasının 5 deputatı barəsində istintaqa başlayıb.

Avropa.info xəbər verir ki, istintaq işinə əsas kimi HDP-li deputatların “Barış Pınarı” əməliyyatı barədə açıqlamaları göstərilir. 

HDP-nin deputatları Gülüstan Kılıç Koçuiğit, Leyla Güvən, Berdan Öztürk Sezai Təməlli və Pərvin Buldan haqqında “terror təşkilatının təbliğatını aparmaq”, “cinayət və cinayətkarı tərifləmək”, “Türkiyə Cümhuriyyəti hökuməti alçaltma” cinayət maddələri ilə istintaq başlayıb.


Oxunma sayı: 705

Oxşar yazılar