Türkiyəyə terror hücumu nəticəsində 6 nəfər şəhid olub, 70 nəfər yaralanıb - (Yenilənib)

  • 10 Okt - 2019

Türkiyənin Şanlıurfa əyalətinin Akçakale rayonuna Suriyanın terrorçu PKK/YPG-PYD qruplaşmasının işğalı altında olan ərazisindən 4 top mərmisi atılıb.

Avropa.info xəbər verir ki, ilkin məlumatlara görə, hadisə nəticəsində 17 nəfər yaralanıb.

Terrorçular mərmilərlə rayon mərkəzini vurub. Terrorçuların atdığı mərmilər yaşayış binalarına və avtomobillərin üzərinə düşüb. 

Yaralanlar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, oktyabrın 9-da Türkiyə ordusu Suriyanın şimal-şərqində "Barış pınarı" anti-terror əməliyyatlarına başlayıb.

***

Son məlumata görə, terrorçuların atdığı minaatan mərmisinin partlaması nəticəsində 1-i körpə uşaq olmaqla, 3 nəfər şəhid olub. Ölü sayının artması gözlənilir.

***

Suriya tərəfindən terrorçuların Türkiyənin Mardin və Şanlıurfa əyalətlərinə endirdiyi raket və top mərmisinin partalaması nəticəsində şəhid olan dinc sakinlərin sayı 6-ya çatıb.

  Terrorçuların atdığı mərmilər nəticəsində Mardində 24, Şanlıurfada isə 46 nəfər yaralanıb.

 

 


Oxunma sayı: 3026

Oxşar yazılar