İlham Əliyevin bu sözləri Rusiyada trendə çevrildi – Video

  • 10 Okt - 2019

Azərbaycan Prezidenti İlham Əliyevin “Valday” klubunda Putinlə bağlı çıxışı Rusiya siyasi tok-şoularının ən çox müzakirə olunan mövzularından birinə çevrilib.

Avropa.info axar.az-a istinadən xəbər verir ki, İlham Əliyevin çıxışına “Birinci kanal”da yayımlanan “Vaxt göstərəcək” (Vremya Pokajet) proqramında aparıcı Artyom Şeynin diqqət yetirib.

“Rossiya 1” televiziyasında isə “Vladimir Solovyovla axşam” tok-şousunda Prezidentimizin çıxışına toxunulub.

“Ancaq ölkəmiz tarixdə bir dəfə təsadüfən, məlum olmayan səbəblərdən Putin fiqurunun ortaya çıxmasıyla məhv olmaqdan xilas oldu. Prezident Əliyev “Valday”da bunu çox doğru vurğuladı”, - deyə qeyd edilib.

Prezident İlham Əliyevin çıxışı tok-şou iştirakçılarının alqışı ilə müşayət olunub.


Oxunma sayı: 1156

Oxşar yazılar