“Güzgüyə baxsınlar” – “Barış Pınarı”nı tənqid edən ölkələrə Ərdoğandan sərt cavab

  • 10 Okt - 2019

Ərdoğan AKP vilayət şöbə sədrlərinin konfransında etdiyi çıxışda Türkiyə ordusunun Suriyanın şimalında keçirdiyi “Barış Pınarı” əməliyyatına qarşı çıxan ölkələrə sərt reaksiya verib.

Avropa.info xəbər verir ki, çıxışında Səudiyyə Ərəbistanı, Misir və Avropa İttifaqını ittiham edib.

“Suriya torpaqlarında, üzərində onlarla əcnəbi qüvvənin at oynatdığı dövrdə Türkiyənin terror qruplaşmasının qarşısını almaq üçün başlatdığı bu əməliyyata qarşı edilmiş tənqidləri qəbul etmirik. Tək-tək saymayacam, amma bəzi ölkələrin adını deyəcəm. Əvvəlcə Səudiyyə Ərəbistanından başlayacam, Səudiyyə Ərəbistanı güzgüyə baxsın. Yəməni bu hala kimlər gətirdi? Yəmən indi hansı vəziyyətdədir? On minlərlə insan Yəməndə ölmədimi? Ey Səudiyyə Ərəbistanı siz əvvəlcə bunun hesabını verin. Hazırda Yəmən ehtiyac içindədir. Hər tərəfi yerlə-yeksan etdiniz, bunun hesabını verin. Bizim Suriyanın birliyi-bərabərliyi üçün atdığımız, terror təşkilatlarına qarşı apardığımız bu mübarizədə bizə söz deyə, danışa bilməzsiniz.

Hələ Misir, sən heç danışa bilməzsən. Sən ölkəndə demokratiya qatili olan bir ölkəsən. 52%-lə seçilmiş Mursinin məhkəmədə çırpınaraq ölməsinə səbəb oldun. Sən qatilsən. Sisi əməliyyatı qınamış. Qınasan nə yazar, qınamazsan nə yazar?”.

Ərdoğan “Barış Pınarı” əməliyyatına etiraz edən Avropa İttifaqını da cavabsız qoymayıb:

“Əməliyyatı işğal kimi qiymətləndirməyə cəhd etsəniz qapıları açarıq, 3,6 milyon qaçqını sizə yollarıq. PYD cərgələrini tərk edib hərəkətə keçəcək hər kəsə qucağımız açıqdır”. 


Oxunma sayı: 2157

Oxşar yazılar