Siyavuş Novruzov: “Prezidentin Qarabağla bağlı son bəyanatı bütün Ermənistanı silkələdi”

  • 10 Okt - 2019

"AXCP sədri Əli Kərimli, Milli Şura sədri Cəmil Həsənli Azərbaycanda Nikol Paşinyanın əmrlərini yetirirlər". 

Bunu Milli Məclisin deputatı Siyavuş Novruzov YAP Nəsimi rayon təşkilatının gənclərlə görüşündə söyləyib. O qeyd edib ki, həmin şəxslərin məqsədi qarşıdurma yaratmaqdır. Onlar piketdə Qarabağla bağlı bir cümlə də danışmadılar:

"Azərbaycan gəncləri isə prezident İlham Əliyevin ətrafında sıx birləşib. Cənab prezidentin Qarabağla bağlı "Valday"dakı son bəyanatı bütün Ermənistanı silkələdi. Cənab prezident böyük tədbirlərdə Azərbaycanı ləyaqətlə təmsil edir. Biz cənab prezidentlə fəxr edirik. Nikol Paşinyanın bəyanatları isə 2-3 min oxucusu olan divar qəzetlərində yayımlandı".

modern.az


Oxunma sayı: 650

Oxşar yazılar