Türk qorxusu İrəvanı da dilə gətirdi: Nikol toplantı keçirir

  • 10 Okt - 2019

Ermənistan Türkiyənin Suriyada hərbi əməliyyat keçirməsini pisləyib.

Axar.az xəbər verir ki, bu məlumatı Ermənistan Xarici İşlər Nazirliyi yayıb.

“Ermənistan Türkiyənin Suriyanın şimal-şərqinə hərbi müdaxiləsini qınayır. Bu, regional təhlükəsizliyin pisləşməsinə, mülki əhali arasında itkilərə, məcburi köçlərə və nəticədə yeni humanitar fəlakətə səbəb olacaq. Xüsusilə milli və dini azlıqlar üçün narahatverici situasiya yaranır”, – deyə bəyanatda bildirilib.

Baş nazir Nikol Paşinyan da Suriyadakı situasiyadan “narahat” olduğunu deyib.

“Ermənistan Türkiyənin Suriyaya hərbi müdaxilə aktını qınayır. Bizim dəyərləndirməmizə əsasən, bu fəaliyyət Suriyada humanitar böhranı daha da dərinləşdirəcək. Beynəlxalq ictimaiyyəti bu qanunsuz fəaliyyəti dayandırması üçün tədbir görməyə, milli və dini azlıqların hüquqlarını müdafiəyə çağırırıq. Ermənistan Hələbə humanitar missiyanı uğurla icra edir və bu missiyanı davam etdirəcək. Hökumətin iclasından sonra icraedici hakimiyyətin nümayəndələri qapalı rejimdə Suriyadakı vəziyyəti və İrəvanın gələcək mövqeyini müzakirə edəcəklər”, – deyə Paşinyan bildirib.


Oxunma sayı: 1090

Oxşar yazılar